Moskvada Vladimir Putin və Serj Sarkisyan arasında görüş olub
11.03.2016 508 0.0 0

Moskvada Rusiya və Ermənistan prezidentləri arasında görüş keçirilib. Məlumata görə, Kremldə keçirilən görüşdə Vladimir Putin və Serj Sarkisyan görüş zamanı ikitərəfli əməkdaşlıq münasibətlərinə dair əsas məsələlər, iqtisadi-ticarət, enerji və humanitar sahədə əlaqələr, eləcə də Avrasiya məkanında inteqrasiya prosesi müzakirə olunub.
 
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sərhədlərində təhlükəsizlik məsələsi də prezidentlərin müzakirə mövzusu olub.
 
Vladimir Putin erməni həmkarına iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etməyi təklif edib. Rusiya prezidenti iki ölkə arasındakı münasibətləri strateji tətəfdaşlıq kimi xarakterizə edib: "Bizim münasibətlər uğurla inkişaf edir. Əlbəttə ki, obyektiv xarakter daşıyan problemlər mövcuddur". /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar