Moskvada V Beynəlxalq Təhlükəsizlik Konfransı keçiriləcək
25.04.2016 569 0.0 0

Rusiya paytaxtında V Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı keçiriləcək.
 
Məlumata görə, aprelin 27-28-də keçiriləcək konfransın əsas mövzusu terrorçuluqla mübarizə olacaq. 
 
Tədbirdə Asiya-Sakit okean regionunda təhlükəsizlik, Avropada müharibə və sülh problemi, qlobal təhlükəsizlik və hərbi əməkdaşlıq məsələlərinə də diqqət yetiriləcək. Eyni zamanda, Yaxın Şərqdə beynəlxalq təhlükəsizliyi təhdid edən ziddiyyətli, ənənəvi və yeni çağırışlar, “rəngli” inqilablara qarşı fəaliyyətdə silahlı qüvvələrin rolu, Mərkəzi Asiya regionunun təhlükəsizliyinin təmin edilməsi müzakirə olunacaq.
 
Qeyd edək ki, V Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında Azərbaycan Respublikası da daxil olmaqla, 82 ölkədən nümayəndə heyəti iştirak edəcək.  /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar