Moskvada tutulan azərbaycanlı İŞİD-çi (VİDEO, FOTO)
16.12.2015 622 0.0 0

Moskva vilayətinin İstra şəhər məhkəməsi 54 yaşlı azərbaycanlı Vahid Sarıyevi dörd il həbsə məhkum edib. Məlumata görə, Sarıyev qanunsuz silahlı formalaşmada iştirakda ittiham olunub. 

Aparılan istintaq nəticələrinə görə, Vahid Sarıyev 2013-cü ilin sonunda Suriyaya gedərək burada İŞİD terror qruplaşmasının sıralarına daxil olub.

“Türkiyəyə gəldim, İstambulda idim. Tanımadığım insanlar 25 dollara sərhədi keçməyə kömək etdilər”,- deyə Sarıyev bıldirib. Artıq Rəqqa şəhərində Vahid Sarıyev hərbi ixsisas alıb. Burada ona ümumqoşun döyüşü, partlatma işi və yaralanmalar vaxtı ilkin tibbi yardımın göstərilməsi metodları öyrədilib.

İki il ərzində 54 yaşlı Vahid terrorçular tərəfində vuruşub. Ancaq 2015-ci ilin başlanğıcında o, Moskva vilayətinə - yaşadığı İstra şəhərinə qayıtmağa qərar verib. Qayıdışın səbəbi kimi Sarıyev döyüşlərdən yorğunluğunu bildirib. 

 


Vahid Sarıyev

“Sonra qayıtdım. Yoruldum yəqin bundan. İstraya tanışım gilə gələdən 20 gün sonra məni saxladılar”, -deyə keçmiş döyüşçü əlavə edib. 
Vahid Sarıyev öz günahını boynuna alıb və istintaqla saziş bağlayıb. Rusiyada terrorçuluğla mübarizəyə ciddi diqqət yetirildiyindən onu beş ildən on ilə qədər azadlıqdan məhrum olunması gözləyirdi, ancaq nəticədə onu dörd il iki aya məhkum ediblər.

 

 

 

İraq Şam İslam Dövləti (İŞİD) İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı paramilitar qruplaşmadır. İŞİD 2014-cü il yanvarın 3-də öz müstəqilliyini elan edib. 2014-cü il iyunun 29-da isə İŞİD xilafət yaratdığını elan edib. İŞİD üzvlərinin əsas özəlliyi təkfirçi olmalarıdır. Onlar inanclarını qəbul etməyən hər bir kəsi kafir elan edirlər. Nəticədə, İŞİD-lə döyüşlərdə yüz minlərlə insan həlak olub və ya edam edilib. Bir neçə milyon insan isə qaçqın düşüb. 

 

İŞİD qruplaşmasının nəzarət etdiyi ərazilər (boz rənglə)

 

Hazırda İŞİD-ə qarşı bir neçə cəbhədə döyüşlər gedir. Qruplaşma ilə Suriya və İraq hökumət qüvvələri, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri, həmçinin Livan və İraq şiələrindən ibarət könüllü birləşmələr, kürd silahlıları döyüşürlər. Amma bu qüvvələr arasında əlaqələndirmə yoxdur. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar