Moskvada naməlum şəxs sinaqoqda atəş açıb, yaralanan var
02.10.2016 614 0.0 0

Naməlum silahlı şəxs Moskvanın mərkəzində sinaqoqa soxularaq atəş açıb.“RİA Novosti”yə istinadən verilən xəbərə görə, özü ilə benzinlə dolu kanistr gətirmiş şəxs mühafizəçilərə bir neçə dəfə atəş açıb. Məlumata görə, mühafizəçilər silahlı şəxsi saxlayaraq polisə təhvil veriblər. İnsident zamanı bir mühafizəçi yaralanıb. O xəstəxanaya yerləşdirilib.  

 

Məlumata görə, atəş açan şəxs sinaqoqda yanğın törətməyi planlaşdırırmış.  

 

Araşdırma aparılır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar