Moskvada iş adamının baltalanma anı - VİDEO
11.10.2019 702 0.0 0

Rusiyanın paytaxtı Moskvada dörd nəfər balta ilə iş adamına hücum edib. 

Life.ru xəbər verir ki, onlar iş adamını baltaladıqdan sonra çantasını oğurlayıblar. 

Məlumatlara görə, çantada 50-60 min dollar olub. Hadisənin də qarət məqsədilə törədildiyi bildirilib. 

İş adamı hadisə yerində ölüb. Cinayətkarlar isə “Dodge Caravan” markalı avtomobillə qaçmağa nail olub. Hazırda onların axtarışı aparılır. 

Hadisənin görüntüləri müşahidə kamerasına düşüb./oxu.az/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar