Moskvada 4 yaşlı uşağın başını kəsən dayə: «Allah əmr etdi!»
02.03.2016 666 0.0 0

 

Moskvada 4 yaşlı uşağı amansızcasına qətlə yetirməkdə şübhəli bilinən dayə həbs olunub.

Məlumata görə, bu gün paytaxtın Presnenski Rayon məhkəməsində Özbəkistan vətəndaşı, 1978-ci il təvəllüdlü Gülçöhrə Bobokulova barəsində 2 aylıq həbs qəti-imkan tədbiri seçilib.

 
Məhkəmə zalında çəkiliş aparan media təmsilçilərinin “4 yaşlı uşağı niyə öldürdün?” sualına G. Bobokulova “Allah əmr etdi” deyərək cavab verib. 
 
Qeyd edək ki, G. Bobokulova 4 yaşlı qızın başını kəsdikdən sonra mənzili yandırıb. Sonra uşağın kəsilmiş başını götürərək “Oktyabrskoye pole” metro stansiyasına yollanıb. G. Bobokulova metronun girişində “Allahu Əkbər” qışqırıb və özünü partlatmaqla hədələyib. Polis ərazini mühasirəyə aldıqdan sonra qadını saxlamaq mümkün olub.
 
Məhkəmə G. Bobokulova barəsində psixoloji ekspertizanın keçirilməsi haqqında qərar verib. Hüquq-mühafizə orqanları isə G. Bobokulovanın həyat yoldaşını axtarır. Onun bu cinayətlə əlaqəsinin olub-olmaması araşdırılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar