Morales seçkilərin birinci turunda öz namizədinin qələbəsində əmindir
24.12.2019 469 0.0 0

Boliviyanın sabiq prezidenti Evo Morales seçkilərin birinci turunda öz namizədinin qələbəsində əmindir.

Məlumata görə, Boliviyanın sabiq dövlət başçısı RİA "Novosti" xəbər agentliyinə bildirib ki, prezident seçkilərinin birinci turunda partiyası "Sosializmə doğru hərəkat"dan olan namizədin qələbəsinə bel bağlayır.

"Bizim gözləntimiz odur ki, qalib gələcəyik, birinci turda qalib gələcəyik. "Sağ"ların "Sosializmə doğru hərəkat"a yaratdığı problemlərə baxmayaraq, bütün sorğularda partiyamız birinci yer tutur və bu böyük üstünlükdür", - o deyib.

"Sosializmə doğru hərəkat"ın Boliviyada yazda keçiriləcək seçkilərində namizədi partiyanın 29 dekabrda təşkil oluncaq qurultayında müəyyən ediləcək. Qurultay Boliviya ila sərhəddə - Argentinada keçiriləcək./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar