Morales: `Parlament istefamı təsdiq etməsə, Boliviyaya qayıdacam`
15.11.2019 441 0.0 0

Boliviyanın sabiq prezidenti Evo Morales bildirib ki, əgər parlament bazar günü onun istefa haqqında göndərdiyi ərizəni təsdiq etməsə, vətənə qayıdacaq.

RİA "Novosti"yə istinadən xəbər verilir ki, bu barədə o, "Universal" qəzetinə müsahibəsində qeyd edib.

"Mənim istefa haqqında ərizəm məclisdədir (qanunverici orqanda - red). Əgər Məclis onu qəbul etməsə, mən qayıdıram. İndi hiss edirəm ki, Boliviya sakitləşməyə qadirdir", - deyə Morales müsahibəsində bildirib.

Meksikada siyasi sığınacaq almış sabiq prezidentin sözlərinə görə, sülhü silahla gətirmək olmaz. "Boliviyaya sülhü dialoq gətirəcək, BMT-nin, katolik kilsəsinin və vasitəçi ölkələrin iştirakı ilə dialoq", - deyə o vurğulayıb.

Moralesin başçılıq etdiyi Boliviya hökuməti noyabrın 10-da istefaya gedib və sabiq prezident ölkəni tərk edib. Prezident səlahiyyətləri müvəqqəti olaraq Senatın müxalifətçi vitse-spikeri Janin Anyesə keçib. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar