Tarix: 07.12.2016,   Saat: 01:50, Çərşənbə.          

Moody's Rusiyanın büdcə kəsiri ilə bağlı proqnoz verib

Rusiyanın büdcə kəsiri bu ilin sonunda "Rosneft"in özəlləşdirilməsi baş tutarsa ÜDM-in 3,7-3,8%-ni, əks halda 4,5-4,7%-ni təşkil edəcək. "Report"un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu açıqlamanı "Moody's" beynəlxalq reytinq agentliyinin Rusiyanın suveren reytinqi üzrə aparıcı analitiki Kristin Lindou (Kristen Lindow) bildirib. "Rosneft"in 19,5%-nin özəlləşdirilməsinin ilin sonuna qədər baş tutması gözlənilir. Satışdan 704 mlrd. rublun (11,2 mlrd. dollar) əldə edilməsi gözlənilir ki, bu rəqəm artıq 2016-cı ilin büdcəsində nəzərdə tutulub. Maliyyə Nazirliyinin açıqlamasına görə isə, büdcə kəsiri özəlləşdirmə gəlirləri olmasa ÜDM-in 4,5%-ni təşkil edəcək.
Rusiyanın maliyyə nazirinin müavini Tatyana Nesterenko bildirib ki, "Rosneft"in səhmlərinin satışından əldə olunacaq gəlir büdcəyə 2017-ci ilin yanvar ayında daxil ola bilər. Bu səbəbdən Maliyyə Nazirliyi 2016-cı ilin büdcəsinə Ehtiyat Fondundan 1 trln. rubl (16 mlrd. dollar) vəsait köçürmək hüququna malikdir.



  Bölmə: Gündəm | Baxış sayı: 275 | Tarix: 27.10.2016, 14:27


Xəbərlər