Möhsin Kazimeyni: Səfirliyə edilmiş hücum planlaşdırılmış hərəkətdir
05.01.2016 537 0.0 0

“Səudiyyə Ərəbistanının İrandakı səfirliyinə edilmiş hücum planlaşdırılmış hərəkətdir”.
 
 Məlumata görə, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Tehran üzrə komandiri, general Möhsin Kazimeyni jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Tehranda səfirliyə hücum və binanın yandırılması böyük səhvdir, bunu heç cür ört-basdır etmək olmaz. “Əminik ki, bu işi mömin və inanclı əhali etməyib, kimlərsə planlaşdırılmış şəkildə həyata keçiriblər” – deyə o, əlavə edib.
 
M. Kazimeyni deyib ki, İran Səudiyyə Ərəbistanını özü üçün təhlükə kimi görmür./apa/ 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar