Mobil telefonlar belə olacaq (VİDEO)
21.01.2016 715 0.0 0

Mütəxəssislər mobil telefon sahəsində inqilab etməyə hazırlaşır. Məlumata görə, bu həftə keçiriləcək Davos Dünya İqtisadi Forumunun əsas mövzusu dördüncü sənaye inqilabı olacaq və bu sahədə yeni texnoloji nailiyyətlər üzərində müzakirələr aparılacaq. Forumda 800 nəhəng sənaye liderinin iştirak edəcəyi gözlənilir.

Son illər “geyinilə” bilən cihazların hazırlanması sahəsini inkişaf etdirməyə çalışan mütəxəssislər müasir mobil telefonların fərqli formalarını hazırlamaq niyyətindədirlər. Bunun sayəsində artıq telefonu əldə saxlamağa ehtiyac olmayacaq. 

Beyin bölgəsinə yerləşdirə biləcəyimiz kiçik çip sayəsində səsli əmrlər vasitəsilə zəng edə, yaxud da zəngləri qəbul edə biləcəyik. 

 




İçveçrə, Davos


Dördüncü sənaye inqilabının ilk təzahürləri artıq özünü göstərməyə başlayıb. Ötən həftə Panasonic şirkəti istehsal etdiyi görünməz televizor ilə hər kəsi heyran qoymağı bacara bilib.

 

 

 

Xəstələr də yeniliklərdən faydalana biləcəklər. Belə ki, şəkər xəstələri üçün ayrıca çiplər istehsal ediləcək ki, onların səhhəti bu cihazlar vasitəsilə nəzarətdə saxlanılacaq.

“Audi” və ” Google”un üzərində çalışdığı əsas işlərdən biri 2026-cı ildə sürücü olmadan idarə oluna bilən maşınlardır. Planlara görə, məhz həmin ildə ABŞ-da hər 10 maşından biri sürücüsüz olacaq. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar