MM `Kabel şəbəkəsi yayımı haqqında` qanun layihəsini birinci oxunuşda qəbul edib
16.05.2017 1418 0.0 0

Milli Məclisin bu gün keçirilən iclasında "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Məlumata görə, layihə barədə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov məlumat verib.

 

17 maddə, 4 fəsildən ibarət olan qanun layihəsində ölkədə yayımlanan xarici telekanallarda reklamların qadağan olunması, Azərbaycanda kabel şəbəkələrinin kimlərin mülkiyyətində olmasının müəyyənləşməsi və sair məsələlər əks olunub.

 

Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar