MKİ şefinin Moskva səfərinin gizlinləri
28.03.2016 529 0.0 0

Martın əvvəllərində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennan Moskva səfərinin əsas məqsədi Suriya prezident Bəşər Əsədin istefası olub. 


Məlumata görə, bu barədə ABŞ-ın Rusiyadakı səfirliyinin mətbuat katibi Uill Stivens bildirib.

Bununla Stivens MKİ şefinin martın başlanğıcında həqiqətən Rusiya paytaxtına gəldiyini təsdiqləyib. Moskvada Brennan Rusiya rəsmi şəxslərinə  Suriyada döyüş hərəkətlərinin dayandırılması üzrə razılıqların icrasının əhəmiyyəti haqqında xatırlatdıb və Əsəd rejiminin hakimiyətdən getməsi məsələsinə toxunub.

 

            

             Kreml

"Brennan ABŞ hakimiyyətinin Suriyada siyasi keçidə əhəmiyyətli dəstəyini təsdiq edib, həmçinin siyasi keçid prosesini yüngülləşdirmək üçün Bəşər Əsədin gedişinə ehtiyac olduğunu bildirib. Bu Suriya xalqının iradəsini əks etdirərdi", - deyə ABŞ səfirliyinin nümayəndəsi qeyd edib.

Daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov martın başlanğıcında MKİ-nin başçısı Brennan Moskvada səfərdə olduğunu bildirib. Sıromolotov qeyd edib ki, Brennan Rusiya paytaxtına səfərinin gedişatında Rusiya XİN-nə baş çəkməyib.

"Mən dəqiq bilirəm ki, o, Federal Təhlükəsizlik Xidmətində və bir neçə başqa yerdə olub", - deyə Rusiya xarici siyasət idarəsinin müavini izah edib.

 


Rusiya prezidenti Vladimir Putin martın 15-dən Rusiya hərbi qüvvələrinin Suriyadan çıxarılması barədə əmr verib. Rusiya prezidenti xarici işlər naziri Serqey Lavrov və müdafiə naziri Serqey Şoyquyla görüşdə bu barədə danışıb.

"Hesab edirəm ki, Müdafiə Nazirliyi qarşısına qoyulmuş tapşırıqları bütovlükdə yerinə yetirib. Buna görə sabahdan etibarən Suriya Ərəb Respublikasından bizim hərbi birləşmələrimizn əsas hissəsinin çıxarılmasına başlamağı əmr edirəm", - deyə Putin bildirib.

Daha əvvəl Fransa, Böyük Britaniya, Almaniya və İtaliya liderləri telefon söhbəti zamanı Suriyada vəziyyəti nizama salmaq üçün Suriya hakimiyyətinə təsir göstərmək xahişi ilə Rusiya prezidenti Vladimir Putinə müraciət edib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar