Mixeil Saakaşvili Ukrayna Ali Radasının binası yaxınlığındakı mitinqə gəlib
17.10.2017 621 0.0 0

"Yeni qüvvələr hərəkatı" partiyasının lideri, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Ukrayna Ali Radasının binası yaxınlığındakı mitinqə gəlib.

"İnterfaks"a istinadən xəbər verilir ki, M.Saakaşvili tərəfdarları ilə birlikdə Qruşevski küçəsində Nazirlər Kabineti və parlament arasında quraşdırılmış metal detektoru çərçivəsindən maneəsiz keçərək Konstitusiya meydanına gəlib.

Yerli vaxtla saat 13:00-da parlamentin plenar iclasının başlayacağı gözlənilir. Millət vəkillərindən bəziləri parlamentin işinə mane olacaqlarını bildiriblər.

Ali Rada binasının yaxınlığında keçirilən mitinqdə iştirak edənlərin sayı günorta saatlarında, təqribən, 4500 nəfər təşkil edir. Təxminən, 500 insan da Ukrayna Mərkəzi Bankının qarşısında mitinq keçirir. Aksiyalar dinc xarakterlidir.

Etirazçılar əsas tələbləri seçki sistemini dəyişmək, müstəqil Antikorrupsiya Məhkəməsi yaratmaq, deputat toxunulmazlığını ləğv etməkdir. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar