Mixail Saakaşvili sərbəst buraxılıb
11.12.2017 746 0.0 0

Kiyevin Peçerski rayon məhkəməsi Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin (Ukrayna) keçmiş qubernatoru Mixail Saakaşvilini azad edib.

“Report” xəbər verir ki, bu barədə qərarı bazar ertəsi istintaq hakimi Larisa Sokol açıqlayıb.

Beləliklə, hakim prokurorların onun barəsində gecə-gündüz ev dustaqlığı şəklində qətimkan tədbirin seçilməsinə dair xahişini rədd edib.

Saakaşvili dekabrın 8-də axşam saxlanılıb və Ukrayna Təhlükəsizlik Xidmətinin müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib. Prokurorlar onun üçün 2 aylıq ev dustaqlığı iştəmişdilər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar