Misrdə genişmiqyaslı kadr dəyişikliyi- 6 nazir çıxarıldı
05.03.2015 706 0.0 0

Misir Prezidenti Əbdülfəttah əs-Sisi eyni vaxtda altı naziri dəyişməklə ölkə hökumətində genişmiqyaslı kadr dəyişiklikləri aparıb.

Ən çox əks-səda doğurmuş dəyişiklərdən biri Misir DİN başçısı Məhəmməd İbrahimin baş nazirin müavini təyin edilməsi olub. Onun əvəzinə daxili işlər naziri vəzifəsinə general-mayor Məjdi Əbdülqafar təyin edilib. Turizm Nazirliyinin başçısı Hişam Zaazua da öz vəzifəsini itirib. Bu vəzifədə onu Xalid Abbas Rami əvəz edib.

Kənd təsərrüfatı və meliorasiya, mədəniyyət, tərbiyə və təhsil, kommunikasiya və informasiya texnologiyaları nazirliklərində və digər nazirliklərdə də kadr dəyişikləri aparılıb./azərTac/

Yeni təyin edilmiş nazirlər elə bu gün ölkə prezidenti qarşısında and içiblər.

Bundan əlavə, Misirdə iki yeni nazirlik – Əhali Məsələləri üzrə Nazirlik və Texniki Təhsil Nazirliyi yaradılıb.


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar