Misir prezidenti: Türkiyəyə sanksiyalar tətbiq olunmalıdır
16.06.2017 688 0.0 0

Türkiyə-Suriya sərhədində İŞİD üzvü olan üç azərbaycanlı tutulub.

 

Məlumata görə, Kilisdə Türkiyə sərhədçiləri və jandarma qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində beş terrorçu və Rusiya istehsalı 3 əl bombası, 4 güllə darağı, 3 kiloqram C4 partlayıcı maddəsi ələ keçirilib. Tutulan şəxslərin İŞİD üzvü olduğu müəyyənləşib. Onların terror aktı həyata keçirəcəkləri güman olunur.

 

Sərhəddə tutulan İŞİD üzvlərindən üçü Azərbaycan vətəndaşlarıdır. Bunlar 29 yaşlı Sərxan Əliyev, 37 yaşlı Gülnur Şirməmmədova, 42 yaşlı Nazənin Zeynalovadır. Kilis məhkəməsi saxlanılan şəxslər haqqında həbs qərarı çıxarıb. Onlar terror təşkilatına üzvü olmaq və partlayıcı maddə saxlamaqda ittiham olunur./apa/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar