Misir prezidenti Səudiyyə Ərəbistanında vəziyyətin sabit olduğunu bildirib
09.11.2017 696 0.0 0

Səudiyyə Ərəbistanında vəziyyət sabitdir və nəzarət altındadır.

"MEHA"ya istinadən verilən məlumata görə, bunu Misir prezidenti Əbdül Fəttah əs-Sisi bildirib.

O, bildirib: "Mən Səudiyyə Ərəbistanının rəhbərliyi inanıram, orada baş verən hər şey qanun əsasında baş verir. Orada vəziyyət sabitdir və nəzarət altındadır".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Ali korrupsiyaya qarşı mübarizə komitəsi aralarında kral ailəsinin üzvləri, nazirlər, hərbçilər və iş adamları olan 40-a yaxın nüfuzlu şəxsin saxlanılması barədə göstəriş verib./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar