Misir paytaxtını dəyişir
14.03.2015 686 0.0 0

Bu gün “Misirin gələcəyi” adı altında keçiriləcək konqresdə ölkə üçün bir sıra addımların atılacağı gözlənilir. 

Məlumata görə, çox sayda dövlət başçısı, nazir və beynəlxalq şirkət nümayəndələrinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan konqresdə Misir hökuməti paytaxtın Qahirədən Şarm-əl-Şeyx şəhərinə köçürülməsi təklifinin müzakirəsini planlaşdırır. Bu barədə Misir hökuməti nümayəndələrindən biri xəbər verib. 

Şarm Əl-Şeyxdəki bütün obyektlər, eyni zamanda, şəhərin girişi polisin nəzarətindədir. Burada 200-dən çox müşahidə kamerası quraşdırılıb. Jurnalistlər mərkəzin əməliyyat otağındakı xüsusi monitorlar vasitəsilə şəhərin təhlükəsizliyinə necə nəzarət edildiyini izlədilər.

Qeyd edək ki, Şarm Əl-Şeyxi eyni zamanda “Sülh şəhəri” adlandırırlar./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar