Mirşahinin telekanalına lisenziya verildi
05.03.2018 924 0

05 mart 2018-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.
Qazeta.info xəbər verir ki, iclasda “REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılmışdır.
Milli Televiziya və Radio Şurasının qərarına əsasən “REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilmişdir.
Xatırladaq ki, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin baş direktoru Mirşahin Ağayevdir.
Digər xəbərlər:
Şərhlər