Mingəçevir SES-də qəza - Bəzi yerlərdə işıqlar sönüb
29.06.2019 517 0.0 0

Bu dəqiqələrdə Mingəçevir Su Elektrik Stansiyasında tüstülənmə baş verib.

Qazeta.info bildirir ki, bu barədə Mingəçevi sakinləri Baku.ws-in “qaynar xətti”nə məlumat veriblər.

Verilən məlumata görə, hadisə yarım saat bundan əvvəl qeydə alınıb.

Hadisə nəticəsində bəzi yerlərdə işıqların söndürüldüyü qeyd edilir.

Hadisə barədə Fövqəladə Hallar Nazirliyilə əlaqə yaradılıb. Nazirliyin mətbuat xidmətindən bildirildi ki, stansiyada yaranmış problem aradan qaldırılıb.

“Xırda texniki hadisə olub. Heç bir ciddi müdaxiləyə ehtiyac olmayıb. Hadisənin qarşısı dərhal alınıb. Problem aradan qaldırılıb”, - deyə məlumatda bildirilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar