Mingəçevir İcra başçısı YAP-çıları sıxışdırır
23.04.2015 762 0.0 0

Mingəçevir şəhərindən YAP üzvlərindən olan “Vətən - A“  Məhdud  Məsuliyyətili Cəmiyyətin  təsisçisi Qasımov  Azər  Tofik oğlu Ölkə başçısı, bir sra qrumların rəhbəri və KİV-lərə məktub ünvanlayaraq rayon rəhbərliyi tərəfindən ona qarşı olan qanunsuzluqdan şikayətlənir.

   

 “Vətən - A“  MMC-nin sahibi bildirir ki,Mingəçevir şəhər İcra Başçısı Niyazi Bayramov tərəfindən ona edilən haqsızlığa dair ən agır hüquqi,psixoloji,mənəvi,sağlamlıq baxımdan ziyan çəkməklə yanaşı küllü miqdarda borca düşüb.

Bunan səbəb olan amil kimi bildirilir ki, Mingəçevir şəhərində 18 fevral 1991-ci il tarixli 52 saylı qərarı ilə ”VƏTƏN” kooperativinə  su anbarı istismarı idarəsi nəzdindən çıxıb müstəqil fəaliyyət göstərməsinə icazə verilməsi, kooperativinin müstəqil fəaliyyət göstərməsi üçün Kür çayının sağ sahilində, Təcürbi–sınaq zavodunun yaxınlığındakı  istifadəsiz yerdən 0,87 hektar torpaq sahəsi ayrılması qərara alınmışdır.

   Şikayətdə qeyd olunur ki,    "1995-cü ilə qədər həmin qərarla ayrılmış torpaq sahəsində ”VƏTƏN” kooperativi fəaliyyət göstərmişdir. 06 noyabr 2008-ci  il tarixdə “Vətən”  kooperativinin  bazasında “VƏTƏN-A” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.  1993-cü ildə erməni qəsbkarlarının  Qarabağı işğal etməsi nəticəsində Ağdam rayonundan məcburi köçkün düşmüş  Quliyev Söhbət Daşdəmir oğlu və onun beş nəfər ailə üzvü “Vətən”  kooperativinin ərazisində məskunlaşmışdır və  hal-hazıradək həmin ərazidə yaşayırlar,hətta orada özləri üçün 2 mərtəbəli ev inşa etmişlər. Məcburi köçkünlərin həmin ərazidə məskunlaşması  və  qoyunçuluqla məşğul  olmaları  nəticəsində “Vətən”  kooperativinin fəaliyyəti  qeyri mümkün olmuşdur. Kooperativin sahəsində işə nəzarət edən şəxslə  köçkünlər arasında yaranmış qısa müddətli narazılıq sonradan öz həllini tapmış və həmin sahədə  qoyun və digər ev heyvanlarının örüşü məqsədi ilə istifadə edilməsinə maneçilik törədilməsi məqsədə uyğun hesab edilməmişdir. Belə ki,mən, YAP-in üzvü kimi daim Qaçqınlar və məcburi köçkünlərin problemləri ilə qüvvəm daxilində maraqlanmış və kooperativin sahəsindən istifadə edən  bacı və qardaşlarımız üçün əlimdən gələn köməkliyi əsirgəməmişəm.  Qaçqınlar və məcburi köçkünlər  statusu haqqında AR qanunun 3-cü maddəsinə əsasən Qaçqın və yaxud məcburi köçkün statusu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminat verilir:  Üç aydan gec olmayaraq  yaşayış yeri ilə təmin olunanadək xüsusi ayrılmılş yerlərdə haqqı ödənilmədən yaşamaq və müvafiq dövlət orqanları tərəfindən onlara təklif olunmuş daimi yaşayış yeri seçmək. 2013-cü ilin noyabr ayında növbəti nəzarət məqsədi ilə kooperativin sahəsində olduğum zaman gördüm ki, yük  maşınları ilə sahəyə torpaq daşınır. İşçılərin  dediklərlərindən müəyyən etdim ki,  istifadəmizdə olan torpaq sahəsi təsisçiliyimi və rəhbərliyimi nəzərə alınmayan ŞİH N.Bayramov qanunsuz olaraq digər şəxlərə verilmişdir. "

 

Daha sonra şikayətdə bildirilir ki,  ŞİH-də ona  məlumat verilib ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 01 noyabr  2013-çü il tarixli 143 saylı sərəncamı ilə “VƏTƏN” MMC-nin  istifadə hüququna xitam verib. Sərəncamda qeyd edilib ki, “Ötən vaxt  kəsiyində müəssisəyə ayrılmış torpaq sahəsindən istifadə etməmiş, həmin torpaq sahəsində heç-bir fəaliyyətlə məşğul olmamışdır. 

Daha sonra şikayətçi A.Qasımov  qeyd edir ki, "Güya bu barədə Torpaq və Xəritəçəkmə Komitəsinin şəhər şöbəsi tərəfindən  müvafiq akt tərtib edilmiş, qanunvericiliyə uyğun tədbir görülməsi üçün şəhər İcra Hakimiyyətinə məlumat ünvanlanmışdır.Nəzərinizə çatdırıram ki akt mənim iştirakım olmadan və mənə xəbərdarlıq olmadan tərtib olunmuşdur. İstifadə hüququna xitam verilməsi üçün əsas kimi Azərbaycan    Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin  2 bəndinin  birinci abzası  ğötürülmüşdür. Nəticədə Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi tərəfindən  tərtib edilmiş müvafiq aktın və qanunvericiliyə  uyğun tədbir görülməsi üçün  şəhər  İcra  Hakimiyyətinə  göndərilmiş məktubun sürətlərini  almaq üçün yazılı müracət etsəm də  mənim sorğuma cavab verilməmiş, heç olmazsa aktı və məktubu  belə  mənə  göstərməmişlər. Bu aktın məhkəmə baxışı ərəfəsində tez-tələsik saxtakarlığla tərtib olunduğunu sübut edir. Yazılı və şifahi soğularıma cavab ala bilmədiyim üçün Şəki  İnzibati-İqtisad məhkəməsinə müraciət etməyə məcbur oldum və mənim iddiam tam təmin edildi.Məsələ burasındadır ki, adı gedən torpaq sahəsinə dair iddia ərizəm Şəki  İnzibati-İqtisad məhkəməsinin icraatında olan vaxtdan hal-hazıradək orada tikinti işləri aparılır. Mən, Şəki İnzibati-İqtisad məhkəməsinə  tikintinin dayandırılmasına dair ərizə ilə müraciət etdim və məhkəmə işin dayandırılmasına dair qərar da verdi.Lakin həmin sahədə iş bu gündə davam etməkdədir.Hər hansı bir iş məhkəmə icraatında olan dövrdə məhkəmə qərarı ilə həbs qoyularsa həmin sahədə aparılan əməliyyatlar qanunla qadağndır.Mingəçevir şəhər İcra Hakimiyyəti Şəki İnzibati-İqtisadi məhkəməsinin qərarından narazı qalaraq Şəki Apellyasiya Məhkəməsinə şikayət vermişdir.Öz apellyasiya şikayəti ilə əlaqədar Mingəçevir şəhər İcra Hakimiyyəti bildirmişdir ki,  sərəncamla “Vətən A”  MMC-nin istifadəsində olan torpaq sahəsinin alınması  onun səlahiyyətinə aiddir, lakin bununla bağlı heç bir hüquqi əsas gətirməmişdir.Mingəçevir şəhər İcra Hakimiyyəti Şəki Apellyasiya Məhkəməsinə açıq-aşkar müxtəlif vasitələrlə  təsir etmək üçün yollar axtarmışdır və  şikayətin təmin edilməsinə çalışaraq nəticədə olaraq AR Şəki Apellyasiya məhkəıməsinin hakimi  Vidadi Qasımov  12.11.2014-cü il tarixli qərarı ilə AR Şəki İnzibati-İqtisadi məhkəməsinin  12.05.2014-cü il tarixli qərarını ləğv etmişdi. Hakim V.Qasımov məhkəmə iclasının əvvəlindən axırına qədər apellyasiya şikayətinin dəlilərini araşdırmaq əvəzinə mənə Mingəçevir şəhər İH-lə sövdalaşmağa təklif edirdi, bəzən bu az qala məcburetməyə bənzəyirdir."

  Belə olan halda şikayətçi Mingəçevir  sakini A.Qasımov öz Konstitusiyon hüquqlarının təmin olunması və  vətəndaş kimi öz hüquqlarını müdafiə etmək üçün ölkənin yüksək səviyyəli məmurlarına,Prezidentinə yazılı müraciət edərək aşağıdakıları da diqqətə çatdırır.

     "Belə hesab edirəm ki, aşağıda qeyd olunan səbəblərə görə məhkəmənin qərarları qanunsuz və əsassızdır :    

          1.Torpağın kimin mülkiyyətində olub-olmamasını ( hətta Torpaq və Hüquq şöbəsinin səlahiyyətli nümayəndələri bu məsələyə aydınlıq gətirə bilmədilər) hakimin tələbi üzrə təqdim edilən mübahisəli torpağın xəritəsi işə aydınlığ gətirmək əvəzinə inzibati işdə anlaşılmazlıq yaratdı və hakim tərəfindən bu fakta hüquqi qiymət verilmədi;

          2.Sərəncamda mövcud olmayan hüquqi şəxs haqda verilən qərar hansısa səbəbdən hakim tərəfindən birmənalı şəkildə qəbul edildi (“Vətən-A “MMC   Vətən  kooperativinin  hüquqi varisi olduğu nəzərə alınmadı );

          3.Vətən kooperativinin fəaliyyət göstərmədiyi qərarın əsaslandırıcı hissəsinin biridir  (halbuki inzibati işdə kooperativin 1995-ci ilin iyun ayına qədər fəaliyyəti ilə bağlı kifayət qədər rəsmi dövlət ortqanlarının təqdim etdiyi sübütlar vardır);

         4.Mingəçevir şəhər İH “ Yerli İcra Hakimiyyətləri haqqında Əsasnaməyə” əsasən mülkiyyətçisi  müəyyən olunmayan torpağla bağlı hansısa bir qərar vermək səlahiyyətinə malik olmaması, torpağı almağa səlahiyyəti olsa belə qanunvericiliyin tələblərinə uyğun olaraq bütün prosedur qaydalarına riayət edilməməsi hakim V.Qasımov tərəfindən nəzərə alınmamışdır;

         5.  Mingəçevir şəhər XDS İK-nin 18.02.1991-ci il tarixli, 52 saylı qərarında torpağın hansı qaydada icarəyə verilməsi qeyd edilməsədə, hakim öz subyektiv fikiri ilə elə nəticəyə gəlmişdir ki, torpağ kooperativə daimi istifadəyə verilib (bunun heç bir hüquqi əsası olmamışdır);

         6. Mingəçevir ŞİH və hakim V.Qasımov belə hesab edir ki, kooperativ keçən müddət ərzində tam fəaliyyətsiz olmuşdur, MMC-nin illərlə dövlətə vergi ödədiyinə qiymət verilməmişdir;

         7.Sərəncamın hüquqi əsasını təşkil edən  Torpaq şöbəsi tərəfindən verilən aktın sonradan tərtib edildiyi hansısa səbəbdən heç araşdırlmadan saxlanılmışdır, halbuki Mingəçevir İH aktın qüvvədə olan qanunvericiliyin hallarına uyğun olaraq sərəncam verilənədək AKT-ın tərtib olunduğunu sübut edə bilməmişdir.  Kooperativin, sonralar  MMC-nin 22 il ərzində istifadəsində olan mübahisəli torpağın mənim tərəfimdən min bir əziyyətlə  bataqlıqdan istifadəyə yararlı hala (bunun üçün nə qədər texnika,  işçi qüvvəsindən və maliyyə vəsaitndən istifadə etmişəm) gətirilməsi nəzərə alınmamış, torpağın digər təsadüfi bir şəxsə hansı qaydada verilməsi faktı heç hakim V.Qasımovu  maraqlandırmamışdır.

         8. Hakim V.Qasımov  bu qətnaməsi ilə “Vətən-A” MMC-nin hüquqi şəxs olduğunu nəzərə almamış və fəaliyyətini məhdudlaşdırmışdır.

9. Mingəçevir Şəhər İcra Hakimiyyətinə qüvvədə olan qanunvericiliyin

tələblərinə uyğun olaraq  torpaq sahəsinin geri alınmasına və istifadə hüququna  xitam  verilməsi səlahiyyəti verilməmişdir. Belə ki. “Azərbaycan Respublikası Torpaq  məcəlləsinin 103-cü  maddəsi” haqqında  AR Konstitutsiya Məhkəməsinin 27.07.2000-ci il tarixli qərarına əsasən torpqa sahələrinin verilməsi, geri alınması, onlara xitam verilməsi, habelə digər torpaqla  bağlı  yaranan mübahisələr  həmin qərarın təsvir hissəsində AR Torpaq Məcəlləsinin 73 və 75–ci maddələrinin təhlili verilmişdir. Həmçinin AR Yerli İcra Hakimiyyəti haqqında  əsasnamədədə Mingəçevir Şəhər İcra Hakimiyyətinədə torpq sahəsi üzərində xitam verilməsi  nəzərdə tutulmamışdır. AR 25.06.1999-cu il tarixli qanunu ilə təsdiq edilmiş AR Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə AR 06.03.2000-ci il tarixli 291-saylı fərmanına əsasən AR Torpaq Məcəlləsinin 75-ci maddəsinin I hissənin  səlahiyyətlərini yəni AR  Torpaq Məcəlləsinin 73-cü maddəsinin I bəndinin 8-ci abzasının nəzərdə tutulmuş  hallarda  torpaq üzərində  dövlət ehtiyatları üçün ayrılmış torpaq sahəsi üzərində səlahiyyətləri  AR Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Beləliklə də I instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncama  qarşı hüququ olmadığı düzgün qeyd olunmuşdur.

  1. . Belə səlahiyyət Mingəçevir şəhər İcra Hakimiyyətində olsa belə  AR Torpaq məcəlləsinin 73-cü maddəsinin 3-cü bəndində qeyd olunmuşdur ki, həmin  maddənin I bəndinin 8-ci abzasında nəzərdə tutulmuş müvəqqəti istifadəyə  və icrayə verilmiş torpaqların geri alınmasına  səbəb olan halların müəyyən edilməsi  Məhkəmə tərəfindən  həyata keçirilir. 3-cü bəndə qeyd olunub ki, bu qayda  tərəflərin razılığı ilə geri alındıqda tətbiq olunmur. Göründüyü kimi Mingəçevir şəhər İcra Hakimiyyəti  bu torpqğı geri alanda mənim razılığımı almalı idi.Lakin İcra Hakimiyyəti tərəfindən məndən belə razılıq alınmamışdır, halbu ki, Apellyasiya şikayətində cavadeh  qeyd etmişdir ki, guya 2013-cü ildə mən dəfələrlə  xəbərdar  edilmişdir.Məhkəməyə isə bununla bağlı heç bir sübut təqdim etməmişdir.Mingəçevir şəhər İcra Hakimiyyəti  nəzərə almamışdır ki, AR torpaq Məcəlləsinin 75-ci maddəsinin 3-cü bəndinə əsasən  həmin məcəllənin 7-ci abzasında nəzərdə tutulan hallarda  torpaq sahələri üzərində  istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların müəyyən edilmiş vaxtda aradan qaldırılması  barədə  xəbardarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir.Belə xəbərdarlıqda 22 il ərzində kooperativə daxil olmamışdır.

11. Məhkəmələr tərəfindən tətbiqi təcürbəsini bəzi məsələləri haqqında  2 saylı qərarın 8-ci bəndinə əsasən mülkiyyətdə, istifadədə və  icarədə olan torpaqların geri alınması  müvafiq İcra Hakimiyyəti Orqanının və ya Bələdiyyənin vəsatəti əsasında  yalnız məhkəmənin qətnaməsi ilə həyata keçirilir.Həmin qərarın 3-cü hissəsində  qeyd olunur ki,  torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda  hər şeydən əvvəl  torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir.Mingəçevir şəhər İcra Hakimiyyəti hələdə müəyyənləşdirə bilməmişdir ki, bu torpağın məqsədli təyinatı nədir və torpaq üzərində mülkiyyətçi kimdir? Torpağın Bələdiyyə fonduna daxil olması və yaxud Dövlət fonduna daxil olması aydınlaşdırılmamışdır.

​12. İcra Hakimiyyətinin  sərəncamı ilə torpaq başqa şəxsə istifadəyə verilmişdir.     

 Lakin  I istansiya məhkəməsində Mingəçevir şəhər İcra Hakimiyyəti bilərəkdən

 bu faktı gizlətmişdir.Məhkəmə prosesi  xeyli müddət getdiyinə baxmayaraq,

 İcra Hakimiyyəti bu müddət ərzində  yəni məhkəmənin sərəncam verdiyi

 tarixdə, hazırlıq iclasında  və  Mingəçevir şəhər Torpaq şöbəsini maraqlı şəxs

 qismində cəlb etdiyi müddətdə yeni sərəncamı, Mingəçevir İH ünvanladığı

 29.04.2013-cü il tarixli xidməti məktubu məhkəməyə  təqdim etməmişdir.

     13.Məhkəmənin qeyri-obyektiv, açıq-açığına inzibati işi Mingəçevir ŞİH xeyrinə aparması mənim qərar elan edilməmişdən əvvəl 10.11.2014-cü il   tarixdə “hipertoniz kriz” simptomu  ilə Mingəçevir şəhər  Təcili və Təxirəsalınmaz  Tibbi   Yardım  stansiyası tərəfindən tibbi yardım göstərilməsinə gətirib çıxarmışdı. Odur ki, mən 11.11.2014-cü il tarixdə teleqramla üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyimi bildirərək,  işin təxirə salınmağını xahiş etdim və nəticədə məlum oldu ki, hakim  V. Qasımov  teleqrama məhəl qoymamışdır.

          14.Hal-hazırda Mingəçevir ŞİH-nin bir-sıra  məmurları tərəfindən Mingəçevir Başçısı ilə mübahisə etməməyimə, AR Ali məhkəməyə şikayətin   heç bir müsbət nəticə verməyəcəyinə dair təzyiqlər göstərilsə də, mən ümüd edirəm ki,hüquqi bir dövlətdə yaşayıram,  dövlətin tam hüquqlu vətəndaşı kimi qanun qarşısında hər bir kəsin bərabər hüquq və vəzifələrinin olmasına inanaraq AR Şəki Apellyasiya məhkəməsinin hakimi  V. Qasımovun 12.11.2014-cü il tarixli qərarından AR Ali Məhkəməsinə kassasiya şikayətim  üzrə AR Ali Məhkəməsinin 18.02.2015-ci il tarixli qərarı ilə Şəki Apellyasiya  Məhkəıməsinin 12.11.2014-cü il tarixli qərarı qüvvədə qalmışdır. Qərarda mənim güya 1993-cü ilə qədər işlədiyimi sübut edən faktlar olmadıqı qeyd olunmuşdur,halbuki  işdə DSMF və verginin bu haqda rəsmi sənədləri var.

   Mən  Niyazi  Bayramovun qanunsuz hərəkətlərinin  qarşısını ala bilmədiyim üçün Avropa Məhkəməsində öz pozulmuş hüquqların bərpasına, Prezident sərəncamından sui-istifadə edənlərin,vəzifəli şəxslərin qanunsuz əməllərinə və səhhətimə vurulmuş ziyana dair müraciət etmək məcburiyyətində qaldım.

 

   Odur ki,yuxarıda qeyd olunanları istinad tutaraq,ğöstərdiyimiz halları nəzərə alaraq aidiyyatı üzrə pozulmuş hüquqlarımın bərpasına və qanundan sui-istifadə edənləri cəzalandırılmasını Sizdən xahiş edirəm." deyə başda prezident İlham Əliyev və KİV-olmaqla diğər aidiyyatı nazirlərə ünvanlanan məktubda bildirilib.

 

 

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar