Milyonları şoka salan video: ölmüş oğul anasını sakitləşdirir - VİDEO
17.02.2016 1320 0.0 0

Bu videonu 7 yaşlı oğlunu itirmiş ana Facebook səhifəsində yayandan sonra görüntülərə 26 milyon nəfər baxıb. Videodakı səhnə inanılmazdır. Sanki vəfat etmiş oğul ağlayan anasını sakitləşdirməyə, onu toxtatmağa çalışır. Milli.Az-a istinadən bildirilir ki, video Filippində çəkilib. 7 yaşlı oğlu Trebbinin dəfn mərasimində kilsədə oturmuş Coy Qanda Vibar-Alamares ağlayanda qəribə hadisə yaşanıb. Trebbinin tabutunun yanına bağlanmış ağ şarlardan birinin ipi qəflətən qopub. Şar ahəstə şəkildə, havada pərvaz edərək Coya yaxınlaşıb. Coy təəccüblə şara baxıb və ona fikir verməyib. Lakin şar qadının başı üzərində süzəndən sonra onun alnına, çiyinlərinə toxunmağa başlayıb. Hava şarı sanki Coyu sığallayır, onu sakitləşdirməyə və toxtatmağa çalışırdı. Sosial şəbəkələrdə şok effekti yaratmış videonu şərh edənlər bu şarın balaca Trebbinin ruhu olduğunu, oğlunun bu minvalla anasını sakitləşdirərək onunla vidalaşdığını yazıblar. Video Filippinin Albay vilayətindəki Leqazpi şəhərində, "Nuestra Senora de Salvacion Funeral Home"da çəkilib./Bizimyol.info /

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar