Milli Şura Bakıda mitinq keçirib
30.05.2015 944 0.0 0

Bu gün Milli Şura Yasamal rayonundakı “Məhsul” stadionunda mitinq keçirir. “Xilas olaq” şüarı altında keçirilən aksiyaya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən razılıq verilib.

məlumata görə, mitinqdə Binəqədi rayonundakı 16 mərtəbəli binada baş verən yanğın hadisəsi barədə fikirlər səsləndirilib. 

Stadiona yığışan mitinq iştirakçıları Azərbaycan bayraqları və müxtəlif şüarlar yazılmış plakatlar açıblar.

Ölkədə baş verən devalvasiya nəticəsində yaranan bahalaşmaya və məmur özbaşınalığına da etiraz edilib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar