Milli Məclis deputatlarının tətili başa çatıb
17.01.2017 493 0.0 0

Azərbaycan Milli Məclisinin yaz sessiyasının komitə iclasları başlayır.
"Report"un xəbərinə görə, yanvarın 18-də parlamentin Səhiyyə komitəsi və Mədəniyyət komitəsinin ayrı-ayrılıqda iclasları keçiriləcək.
Qeyd edək ki, keçən il dekabrın 30-da MM-in deputatları qış tətilinə çıxıb. Tətil yanvarın 15-də başa çatıb.
Yaz sessiyasının ilk plenar iclası fevralın 1-də olacaq. Sessiya mayın 31-dək davam edəcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar