Millət vəkilindən məktəblilərə çağırış
04.07.2015 592 0.0 0

Millət  vəkili Qənirə Paşayeva Tovuzun ən böyük kəndlərindən biri olan Dönük Qırıqlıda uşaqlar, gənclər üçün "Oxuyaraq dünyamızı,tariximizi və özümüzü kəşf edək" adlı tədbir keçirib.

 

Xəbərə görə, bir sıra müəllim və  kənd ziyalıları  bu cür görüş və tədbirlərin əhəmiyyətinə toxunaraq kitabla  bağlı belə görüşlərə böyük ehtiyac olduğunu, uşaqlarla müzakirələrə  və  onların hər birinə kitab hədiyyələrinə görə millət vəkilinə təşəkkürünü bildiriblər.

 

Tədbirdə qarşıdan gələn Ramazan bayramı münasibəti uşaqları təbrik edərək onlara uğurlar diləyən, onlarla  bir arada olmaqdan məmnun olduğunu dilə gətirən Q. Paşayeva  müsəlman dünyasının müqəddəs bir ayında - 11 ayın sultanı Ramazanda uşaqlarla görüşü əhəmiyyətli hesab etdiyini vurğulayıb və onların hər birinə həyatda arzularına çatmalarını diləyib.

 

Millət vəkili bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar.  O qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual, vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşünün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir. Q. Paşayeva hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməyə çağırıb. 

 

O, hər bir uşaqla ayrıca söhbət edib, kitablarını onlara imzalı hədiyyə edib və kitablara, oxumağa, mütailəyə meyilli gəncləri görməkdən,onlarla söhbətdən hər zaman böyük zövq aldığını deyib. Millət vəkili uşaqların yay tətilinə buraxılmasına toxunaraq, onları bu zamanı faydalı istifadə etməyə, daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. Uşaqları yay tətili dövrlərində xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili onları zamanlarını mənasız işlərə və ya verilişlərə, teleseriallara, şou proqramlara ayırmamağa çağırıb: "Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağın meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!".

 

Millət vəkili Qənirə Paşayeva gənclər arasında zərərli vərdişlərə narkomaniyaya, siqaretə, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir deyib və gəncləri bu zərərli vərdişlərdən tamam uzaq durmağa çağırıb və bu barədə geniş söhbət ediblər.

 

Görüşün sonunda Q.Paşayeva uşaqlarla, gənclər və müəllimlərə müəllifi olduğu kitabları imzalı hədiyyə etməklə yanaşı məktəbin kitabxanasına gənclərin oxuması üçün çoxlu kitablar hədiyyə edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar