Mikayıl Müşfiqin heykəli bərpa olunaraq yerinə qoyulub
27.03.2017 733 0.0 0

Mikayıl Müşfiqin heykəli yerinə bərpa olunub.

 

Məlumata görə, heykəl martın 27-də yerinə qoyulub. Abidə həmin ərazidə, bir qədər geridə, binanın qarşısında bərpa olunub. Sabahdan ərazidə abadlıq işlərinə başlanılacaq.

 

Qeyd edək ki, M. Müşfiqin abidəsi fevralın 27-də müvafiq qurumlarla razılaşdırılmadan götürülüb. Azərbaycan prezidenti məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq verib.

 

Abidənin icazəsiz götürülməsinə və üzərinə düşən əmək funksiyasını lazımi qaydada yerinə yetirməyərək kobud şəkildə qanun pozuntusuna yol verdiyinə görə 8 N-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin iş icraçısı Rəhimov Ramiz Tapdıq oğlu tutduğu vəzifədən azad edilərək işdən çıxarılıb. 

 

Eyni zamanda MMC-nin direktoru Şirinov Əliheybət Balakişi oğluna xəbərdarlıq edilib, MMC-nin baş mühəndisi Hüseynov Yuris Xələf oğluna isə töhmət verilib.

 

“Azəravtoyol” ASC görkəmli şair Mikayıl Müşfiqin büstünün çıxarılması ilə bağlı vaxtında ictimaiyyətə və KİV-ə məlumat verilməməsi nəticəsində yaranan haqlı narahatlığa görə üzr istəyib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar