Metroda intihar edən şəxsin kimliyi məlum oldu
05.09.2015 906 0.0 0

Bakı Metropoliteninin "28 May" metrostansiyasında intihar edən şəxsin kimliyi məlum olub.

Bakı Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev  açıqlamasında həmin şəxsin 1985-ci il təvəllüdlü Mirzəyev Rüstəm Fəxrəddinoviç olduğunu bildirib. İntihar edən şəxs Rusiya vətəndaşı olub.


Metropoliten rəsmisi həmçinin hazırda sərnişinlərin metrodan sərbəst şəkildə istifadə etdiklərinin bildirib.

“Hadisədən sonra qatarların fəaliyyəti bir neçə müddət dayandırıldı. Ölən şəxsin meyiti relslərin üzərindən götürüldükdən sonra qatarların fəaliyyəti bərpa olunub. Hazırda sərnişinlərin istifadəsindədir".

Bədbəxt hadisə bu gün Bakı Metropoliteninin "28 May" metrostansiyasında baş verib. Hadisə şahidlərinin  verdiyi məlumata görə, 30 yaşlı oğlan sevdiyi qızla mübahisə etdikdən sonra bu addımı atıb. Amma hadisənin baş verməsinin dəqiq səbəbləri araşdırılır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar