Messi altıncı dəfə `Qızıl buts` mükafatını qazanmağa yaxındır
20.05.2019 67 0.0 0

İspaniyanın “Barselona” komandasının kapitanı Lionel Messi növbəti dəfə “Qızıl buts” mükafatını qazanmağa yaxındır.

Qazeta.info “Report” -a istinadla xəbər verir ki, 32 yaşlı argentinalı hücumçu La Liqanın sonuncu – XXXVIII turunda səfərdə “Eybar”la 2:2 hesablı heç-heçə etdikləri görüşdə dubl etməklə ən yaxın izləyicisi Kilian Mbappe ilə aradakı xal fərqini 8-ə çatdırıb. Fransa təmsilçisi PSJ-nin forvardı Messini qabaqlamaq üçün Liqa 1-in sonuncu turunda “Reyms”lə səfə matçında 5 top vurmalıdır.

Ötən mövsümdə də “Qızıl buts”u qazanan Messinin 72 xalı var. O, cari çempionatda 36 qol vurub. 32 dəfə fərqlənən Mbappe isə 64 xala malikdir.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Messi əsas komandada 2004-cü il oktyabrın 16-da debüt edib və hazırda klubun ən titullu futbolçusudur. O, 10 dəfə İspaniya və 3 dəfə klublararası dünya çempionu olub. Forvard 6 dəfə ölkə kubokunun, 8 dəfə ölkə Super Kubokunun, 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun qalibi adını qazanıb. Argentinalı futbolçu 5 dəfə “Qızıl top”a və eyni sayda “Qızıl buts"a layiq görülüb.


Digər xəbərlər:
Şərhlər
avatar