Tarix: 09.12.2016,   Saat: 03:59, Cümə.          

Mendeleyev cədvəlində 4 yeni element

Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqı Mendeleyevin dövri cədvəlinə daxil edilən 4 yeni elementin adını və işarəsini təsdiqləyib.

Bildirək ki, bu barədə İttifaqın rəsmi saytına məlumat yayılıb.

“115 nömrəsinin altında verilən “Moskoviem” adlandırılan element “Ms” simvolu ilə ifadə edilib. 113-cü element Nixoniem (Nh), 117-ci - Tennessinom (Ts), 118-ci element Oqanesson (Og) adını alacaq.

Rusiya, ABŞ və Yaponiyadakı alimlər tərəfindən kəşf edilən dörd super-ağır kimyəvi element mütəxəssislər tərəfindən yoxlanıldıqdan sonra rəsmi olaraq cədvəldəki yerini alıb. Onların adlandırılması zamanı yer və ya ölkə, obraz və ya elm insanlarının adlarına əsaslanıblar.

115-ci element-Ms Moskvalıların, 117-ci element Ts isə Tennesi ştatının şərəfinə adlandırılıb. 113-cü element isə Yapon alimləri tərəfindən kəşf edildilib. O Nixoniem adlandırılıb-yapon mənasını ifadə edir.

Qeyd edək ki, bu dörd element bu ilin yanvar ayında kəşf edilsə də, cədvələ salınması təsdiqlənməmişdi./Publika.az/



  Bölmə: Xəbər | Baxış sayı: 299 | Tarix: 01.12.2016, 16:50


Xəbərlər