Mehriban Əliyeva xəstə rejissora sahib çıxdı
12.09.2016 1500 0.0 0

Heydər Əliyev Fondu xərçəng xəstəliyindən əziyyət çəkən tanınmış rejissor Şahin Zəkizadənin ilkin müalicəsinə yardım göstərəcək.

Qazeta.info bildirir ki, bu barədə Trend-ə Tibb Universitetinin Tədris Terapevtik Klinikasından bildiriblər.

Klinikadan deyilib ki, leykozun kəskin forması diaqnozu qoyulan Ş.Zəkizadəyə sentyabrın 10-dan ilkin müalicə kursu təyin olunub. Bu müalicə kursundan sonra təkrar müayinələr aparılacaq. İlkin müalicə mərhələsinə Heydər Əliyev Fondu dəstək göstərəcək.

Məlumatı Heydər Əliyev Fondu təsdiq edib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar