Medvedev və Sarkisyan görüşdü
20.05.2016 567 0.0 0


Rusiyanın baş naziri Dmitri Medvedev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş olub. Məlumata görə, bu barədə Ermənistan prezidentinin köməkçisi Narek Nikoqosyan öz “Twitter” səhifəsində yazıb. Amma görüşün təfərrüatları barədə məlumat yoxdur. 

Həmçinin Avrasiya İttifaqının da baş nazirləri artıq İrəvandadırlar. Bu gün Ermənistanda Avrasiya İttifaqının hökumətlərarası məsləhət şurasının iclası keçirilir.

Rusiyanın baş naziri Dmitri Medvedevlə yanaşı onun belaruslu həmkarları Andrey Kobyakov, qazaxıstanlı həmkarı Qonur Masimov və qırğızıstanlı həmkarı Sooronbay Jeenkebov İrəvana gəliblər.

Onların hər biri  Ermənistan prezidenti ilə görüşəcəklər. Daha sonra İttifaqın hökumətlərarası məsləhət şurasının iclasında iştirak edəcəklər.

 

 

Avrasiya İttifaqı ölkələrinin baş nazirləri 

İclasın gedişatında inteqrasiyanın qarşılıqlı təsirləri barədə məsələlər müzakirə ediləcək. Həmçinin toplantıda təşkilata daxil olan ölkələrin neft və neft məhsullarının vahid bazarının yaradılması müzakirə oluna bilər.

İttifaqın iclasının aprelin əvvəlində keçirilməsi nəzərdə tutulurdu. Amma  həmin vaxt Ermənistan ordusunun Azərbaycana təxribatı nəticəsində cəbhə xəttində vəziyyət gərginləşib. Bundan sonra Qazaxıstanın etirazı əsasında şuranın iclası təxirə salınıb. 

Qazaxıstanın etirazı İrəvan və Astana arasında gərginliyə səbəb olub. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar