Mayk Pompeo Səudiyyə Ərəbistanının varis şahzadəsi ilə görüşüb
19.09.2019 91 0.0 0

ABŞ-ın dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman Al Səudla görüşüb.

Qazeta.info "Report" -a istinadla xəbər verir ki, bu barədə ABŞ rəsmisi özünün "Twitter"dəki səhifəsində yazıb.

"Bu gün Səudiyyə Ərəbistanının neft infrastrukturuna görünməmiş hücumları müzakirə etmək üçün Səudiyyənin varis şahzadəsi Məhəmməd bin Salmanla görüşdüm", - deyə o yazıb.

Diplomat əlavə edib, Amerika tərəfi Səudiyyə Ərəbistanının özü kimi həm də ərəb dövlətinin özünümüdafiə hüququnu dəstəkləyir.

"İran rejiminin təhlükəli davranışı yolverilməzdir", — deyə dövlət katibi qeyd edib.


Digər xəbərlər:
Şərhlər
avatar