Mayda 3 gün iş olmayacaq
08.04.2015 858 0.0 0

May ayında 3 gün qeyri-iş günü olacaq.

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, gələn ay, 9 may faşizm üzərində qələbə günü istirahət gününə təsadüf etdiyi üçün növbəti 2 gün ərzində də - 10 və 11 mayda da qeyri iş günləri olacaq. Nəticədə 9 və 11 may tarixləri qeyri-iş günləridir. Həmçinin 28 may - Respublika Günü də qeyri-iş günüdür.

Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü, 11 may istirahət günü hesab olunur. 9 may şənbə gününə düşdüyü üçün, Əmək Məcəlləsinə əsasən növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar