Maskalılar ev sahibini döyərək xeyli miqdarda pul və qızıl aparıblar
24.02.2016 550 0.0 0

Bərdə rayonunda maskalı şəxslər evə basqın edib, evdən xeyli miqdarda pul və qızıl-zinət əşyaları aparıblar.
 
APA-nın xəbərinə görə, hadisə ötən gecə Bərdə rayonunun Soğanverdilər kəndində qeydə alınıb.
 
Kənd sakini Bayramov Vəkil Əsgər oğlunun evinə girən 3 nəfər maskalı şəxs ev sahibini döyüb əl-qolunu bağladıqdan sonra evdə olan pul, qızıl-zinət əşyalarını aparıblar.
 
V. Bayramov xəsarətlə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar