Maşınını saxladığı yeri unudan sürücü polisə şikayət etdi
19.09.2017 588 0.0 0

Avtomobilinin qaçırılması barədə məlumat vermiş Bakı şəhər sakini Asif Abdullayev sərxoş olduğu üçün avtomobili saxladığı yeri unutduğunu bildirib

 

Qazeta.info DİN-in mətbuat xidmətinə istinadla bildirir ki, sentyabrın 17-də Bakı şəhər sakini Asif Abdullayev DİN-in “102” Zəng Mərkəzinə Bakıxanov qəsəbəsi ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırılması barədə məlumat verib. 
Sabunçu RPİ 13-cü PB əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində məlumat təsdiqini tapmayıb. İzahatında A.Abdullayev sərxoş olduğu üçün avtomobili saxladığı yeri unutduğunu və buna görə qaçırıldığını düşündüyünü bildirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar