«Maşın» finalçılarından biri xəstəxanalıq oldu
28.05.2015 969 0.0 0

Azərbaycanın ən reytinqli "Maşın" realiti-şousunun finalında maraqlı anlar yaşanıb.

Məlumata görə, finala qalan müğənnilər Xatirə İslam, Samir Cavadzadə və meyxanaçı Rəşad Dağlı 47 saat dayanmadan maşın ətrafında qalıblar.

Bundan sonra iştirakçılardan biri, konkret olaraq Samir Cavadzadənin halı pisləşib. Onu Təcili Yardım Xidmətinin maşını ilə xəstəxanaya aparıblar. Onun ayaqlarında problemlər yaranıb.


Xatırladaq ki, yarışma mayın 9-da 17 iştirakçı ilə başlamışdı./anspress/
 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar