Masallıda şəhid gizirin medalı ailəsinə təqdim olunub- FOTO
18.11.2016 772 0.0 0

Azərbaycan Silahlı Qüvvələrinin şəhid giziri Aqil Qismət oğlu Məlikovun müdafiə naziri Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ailə üzvlərinə təqdim edilib.

Məlumata görə, bu münasibətlə şəhidin  doğulduğu Masallı rayonunun Böyük Xocavar kəndində keçirilən mərasimdə Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik  Abdulla Qurbani, rayonun icra strukturlarının nümayəndələri, hərbi qulluqçular, həmçinin kənd sakinləri iştirak ediblər. Tədbirdə çıxış edənlər Vətən torpaqları uğrunda şəhid olmuş A. Məlikovun həmişə xatirələrdə yaşayacağını, onun qısa və  mənalı ömür yolunun gələcək nəsillərə örnək olacağını bildiriblər.

 

Sonra şəhidin layiq görüldüyü medal onun atası Qismət Məlikova təqdim olunub.

 

Qeyd edək ki, noyabrın 15-də müddətdən artıq xidmət keçən Silahlı Qüvvələrimizin giziri, 26 yaşlı Aqil Qismət oğlu Məlikov cəbhənin Füzuli bölgəsində şəhid olub./apa/

 

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar