Marsın suyu ilə dəstəmaz...
04.10.2015 915 0.0 0

Türkiyənin tanınmış ilahiyyatçı-alimi professor Nihat Hatipoğluna növbəti qəribə sual soruşulub. Məlumata görə, dini sualara cavab verən din aliminə Mars planetində tapılan su barədə sual verilib. Hatipoğlu sosial şəbəkədə, Marsda tapılan su ilə dəstəmaz almaq, qüsul tökmək olarmı? – sualına yerli telekanalardan birinin efirində cavab verib. Din alimi gülümsünərək bunun mümkün olduğunu deyib:

“Marsda su aşkarlanandan sonra sosial şəbəkədə çox sayda twitlər yazırlar. Bəzən də “ilişmək” üçün soruşurlar: “Marsda su tapılıb. Orada dəstəmaz alsaq, qüsul töksək bu olarmı?” Gənclər belə şeyləri fikirləşirlər. Mən də cavab verdim: Gənclər, söz olsun deyə soruşursunuz, amma canınız sağ olsun. Marsda su tapsanız qüsul tökmək üçün yuyuna bilərsiniz. Əgər su varsa və siz də Marsa getmisinizsə istifadə edə bilərsiniz dedim. Bəziləri isə Marsda qiblə üçün hara dönəcəyik – deyə soruşurlar. Mən də dedim ki, siz Marsa gedin, mən sizəqibləni göstərərəm. Qiblə harda? Harda olacaq dünyada. Dünyaya çevrilərsiniz.” – deyə Nihat Hatipoğlu verdiyi cavabda bildirib. 

NASA əməkdaşları ötən həftə “Təcili açıqlama” kodu ilə bütün dünyaya Marsda maye halda su aşkarladıqlarını elan etmişdilər. 

NASA əməkdaşlarının mətbuata verdiyi açıqlama Rusiya prezidenti Vladimir Putinin BMT assambleyasının iclasındakı çıxışı ilə eyni vaxta təsadüf etmişdi. Rəsmi Moskva bunun qəsdən edildiyini, insanların diqqətini Putinin tənqid dolu çıxışından yayındırmaq üçün “provokativ” addım olduğunu bəyan etmişdi./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar