Mark Zukerberqdən WhatsApp açıqlaması
02.02.2016 576 0.0 0

“WhatsApp” istifadəçilərinin sayı 1 milyardı ötüb.
 
Məlumata görə, bunu “Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Zukerberq bəyan edib.
 
O, bu münasibətlə özünün sosial şəbəkəsindəki səhifəsində “WhatsApp” messencerinin yaradıcıları Yan Kum və Brayan Ektonu təbrik edib.
 
Onun sözlərinə görə, “WhatsApp”-ın “Facebook” strukturuna daxil edilməsindən sonra messencerə abunəçilərin sayı ikiqat artıb.
 
“Dünyada cəmi bir neçə xidmət mövcuddur ki, 1 milyarddan çox insanı birləşdirir. Bu mərhələ bütün dünyanın birləşməsinə doğru mühüm addımdır”, deyə M.Zukerberq vurğulayıb.
 
Qeyd edək ki, “Facebook” sosial şəbəkəsi “WhatsApp”-ı 2014-cü ildə 19 milyard dollara alıb. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar