Mark Zukerberq atalıq məzuniyyətinə çıxacağını elan edib
19.08.2017 579 0.0 0

Dünyanın ən böyük sosial şəbəkəsi olan "Facebook"un qurucusu Mark Zukerberq ikinci övladı dünyaya gəldikdən sonra atalıq məzuniyyətinə çıxacağını elan edib.

RİA "Novosti"yə istinadən xəbər verilir ki, o, "Facebook" səhifəsində iki aylıq müddətə məzuniyyət götürəcəyini yazıb.

"Tezliklə qızımız dünyaya gələcək və mən yenidən atalıq məzuniyyəti götürməyi planlaşdırıram... Əminəm ki, geri dönən zaman ofis eyni yerdə olacaq", - M.Zukerberq bildirib.

Onun sözlərinə görə, məzuniyyətinin bir ayını qızı doğulduqdan dərhal sonra, ikincisini isə dekabrda götürəcək.

Qeyd edək ki, 33 yaşlı biznesmen, "Facebook"un yaradıcısı Harvard Universitetinin ikinci kursunda təhsili ataraq biznesi ilə məşğul olub. 2017-ci ilin ilk yarısına olan məlumata görə, "Facebook"dan fəal istifadə edən orta aylıq aktivlik 2,01 milyard nəfərə çatıb. O, 2012-ci ildə çinli Prisçilla Çhan ilə ailə qurub, 2015-ci ilin dekabr ayında ilk dəfə valideyn olub. Cütlüyün ilk qızının adı Maksimadır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar