Mariya Stadnik IV İslam Həmrəyliyi Oyunlarının qalibi oldu
21.05.2017 804 0.0 0

Azərbaycanın ən güclü qadın güləşçisi Mariya Stadnik (48 kq) Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qızıl medala yiyələnib.

Məlumata görə, bundan əvvəl 34 saniyə ərzində əlcəzairli rəqibini məğlub edən M.Stadnik həlledici görüşdə türkiyəli Evin Demirhanla qarşılaşıb.

Güləşçimiz yenə də vaxtından əvvəl - 2 dəqiqə 43 saniyəyə qələbə qazanaraq İslamiadanın qızıl medalına sahib olub.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar