Mariupolda teatr binası partladılıb
16.03.2022 480 0.0 0

Ukraynanın Mariupol şəhərində dram teatrı partladılıb.

Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verilir ki, bina Ukraynanın "Azov" taborunun döyüşçüləri tərəfindən partladılıb.

“Ukraynanın "Azov" taborunun döyüşçüləri minalanmış teatr binasını partladıblar”, - deyə məlumatda bildirilir.

Ukrayna mediasının yazdığına görə, dram teatrı binasını Rusiya ordusu partladıb. Həmin bina yüzlərlə insan tərəfindən sığıncaq kimi istifadə olunurdu.

"Təyyarə Mariupolun yüzlərlə dinc sakininin gizləndiyi binaya bomba atıb"-, deyə UNİAN saytı xəbər yayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar