Maradona bu futbol klubunun baş məşqçisi oldu
06.09.2019 156 0.0 0

Argentina yığmasının heyətində dünya çempionu olmuş əfsanəvi Dieqo Maradona "Ximnasiya və Esqrima" futbol klubunun baş məşqçisi olub.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bu haqda komandanın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 58 yaşlı mütəxəssislə müqavilə cari mövsümün sonuna kimi imzalanıb.

Xatırladaq ki, Maradona daha əvvəl "Dorados" klubunun baş məşqçisi vəzifəsindən istefa verib.

"Ximnasiya" Argentinanın çempionatında sonuncu - 24-cü yeri tutur. Komanda beş matçdan sonra cəmi bir xal yığa bilib.

Klub Argentinanın ən köhnə klublarından biridir. Onun əsası 1887-ci ildə qoyulub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar