Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
08.10.2019 613 0
8 oktyabr 2019-cu il tarixində Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.
BFB-dən bildirilib ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:
| Dövlət istiqrazının növü | Faizli, ortamüddətli dövlət istiqrazları |
| Qiymətli kağızın ISIN kodu | AZ0105019753 |
| Emissiya həcmi | 10 000 000 AZN |
| Nominal dəyəri | 100 AZN |
| İstiqrazların tədavül müddəti | 728 gün |
| Faiz ödənişləri (olduqda) | 7 aprel 2020-ci il, 6 oktyabr 2020-ci il, 6 aprel 2021-ci il, 5 oktyabr 2021-ci il |
| Faiz gəliri | 7.5 % |
| Ödəmə tarixi | 05.10.2021 |
| Anderrayter | Paşa Kapital İŞ
QSC |
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib./ Trend/
Digər xəbərlər:
Şərhlər




