Maliyyə naziri «G-20» iclasında
09.02.2015 838 0.0 0

Qazeta.info bildirir ki? 9-10 fevral 2015-ci il tarixlərində İstanbulda “G-20” ölkələrinin maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin iclası keçiriləcək. Toplantıda iştirak etmək üçün Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov da dəvət alıb 
“G-20” ölkələri rəhbərlərinin noyabr ayında keçiriləcək toplantısına hazırlıq məqsədi daşıyan iclasda maliyyə nazirləri və Mərkəzi Bank rəhbərləri qlobal iqtisadiyyat, davamlı və balanslaşdırılmış inkişaf çərçivəsi, investisiya və infrastruktur, beynəlxalq maliyyə arxitekturası və maliyyə tənzimləməsi, habelə beynəlxalq vergi və digər məsələlərlə bağlı müzakirələr aparacaq.

Bundan başqa, inkişaf etmiş ölkələrdəki fərqli iqtisadi artımlar, habelə hazırda ABŞ iqtisadiyyatında nəzərə çarpan iqtisadi artımla müqayisədə Avropada müşahidə olunan geriləmə kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq, gələcəkdə atıla biləcək ortaq addımlar müəyyən olunacaq.
“G-20” ölkələri rəhbərlərinin toplantısı noyabr ayında Türkiyədə keçiriləcək. Azərbaycan Respublikası “G-20”-nin ev sahibi kimi Türkiyə Respublikası tərəfindən dəvətli ölkə qismində bu toplantılarda iştirak edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar