Malidə BMT missiyasına silahlı hücum olub, ölənlər var
15.08.2017 575 0.0 0

Malidə BMT-nin missiyaları silahlı hücuma məruz qalıb.

Məlumata görə, Malidə naməlum silahlıların BMT missiyasının bazasına hücumu nəticəsində 6 nəfər ölüb.

 

 “AFP” agentliyinə istinadən verilən xəbərə görə, insident Timbuktu şəhərində qeydə alınıb.

 

Məlumata əsasən, BMT missiyasına hücum edən silahlılar zərərsizləşdirilib. Hadisə nəticəsində xeyli sülhməramlıların yaralandığı bildirilsə də, onların dəqiq sayı barədə hələlik məlumat yoxdur.

 

Bundan əvvəl Timbuktu şəhərinə MINUSMA-nın Çevik Hərəkat Dəstəsi və hərbi helikopterlərin göndərildiyi bildirilirdi.

 

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə BMT-nin 12 minlik sülhməramlı missiyası (MINUSMA) fəaliyyət göstərir. Həmçinin ölkədə Fransa ordusunun 4 minlik kontingenti yerləşdirilib./APA/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar