Makkeyn ABŞ-ın qərarını `fəlakətli` adlandırıb
25.01.2017 599 0.0 0

Prezident Donald Trampın ABŞ-ın Trans-Sakit Okean Tərəfdaşlığı sazişindən çıxmasına dair qərarı Aamerikanın maraqlarına cavab vermir və Çinin iqtisadi gücünün daha da artmasına gətirib çıxaracaq.  
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu respublikaçı-senator Con Makkeyn bildirib.  
 
Qeyd edək ki, D.Tramp müvafiq fərmanı yanvarın 23-də imzalayıb.
 
“Mən Asiya ölkələrinin liderləri ilə danışmışam, onların hamısı hesab edir ki, bu qərar Çin üçün yolları açacaq. Mənim fikrimcə, bu ABŞ üçün yaxşı deyil”, - deyə Makkeyn qeyd edib.  
 
Onun sözlərinə görə, ABŞ bu qərarla geriyə addım atmış olub, çünki, dünya iqtisadiyyatının 60 faizi məhz  Asiya-Sakit Okean bölgəsində cəmləşib.
 
“ABŞ-ın Trans-Sakit Okean Tərəfdaşlığından çıxmaq qərarı məhvedicidir, bu Çinin iqtisadi üstünlük əldə etməsinə gətirib çıxaracaq”, - deyə Makkeyn qeyd edib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar