Mafiya liderini «Xaç Atası» kimi dəfn etdilər (FOTO, VİDEO)
22.08.2015 769 0.0 0

 

 

İtaliyanın paytaxı Romada kriminal aləmdə nüfuzlu şəxs kimi tanınan Vittorio Kazaminokanın dəfn mərasimi ölkə gündəmində səs-küyə səbəb olub.Məlumata görə, dəfn mərasimi təşkilatçıları mərhumu “Xaç Atası” filminin soundtreki ilə müşayiət ediblər. İtaliyalı solçu siyasi liderlər müxtəlif cinayət aktında adı hallanan şəxsin bu cür ekstravaqant şəkildə dəfn edilməsinə qarşı qəzəblərini ifadə ediblər. Bəziləri, hətta, daxili işlər naziri Ancelino Alfanonu buna görə təqsirləndirib.



Kilsə nümayəndələri dəfn mərasiminin kilsənin daxilində qaydalara uyğun şəkildə sakit tərzdə keçdiyini bildiriblər./anspress/

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar