Maduro Venesuela müxalifəti ilə danışıqların başladığını açıqlayıb
09.07.2019 66 0.0 0

Venesuela prezidenti Nikolas Maduro Barbados adasında müxalifətlə danışıqlar prosesinin başlamasını açıqlayıb.

Məlumata görə, Venesuela prezidenti bunu dövlət televiziyasında elan edib. 

"Bu gün, Norveç hökumətinin iştirakı ilə Barbados adasında Venesuela müxalifətilə dialoq prosesi başlayıb. Çox maraqlı bir başlanğıcdı. Mən danışıqlar prosesinin başlanğıcında nümayəndə heyətimizin başçısından bir mesaj aldım. Və bu mesaj məndə gələcəyə böyük ümidlər yaratdı" deyə Madura bildirib./Report/


Digər xəbərlər:
Şərhlər
avatar